Müştərilərlə iş təcrübəsinin idarə olunmasında sizin tərəfdaşınız

Wilstream 20 ildən çox təcrübəyə malik aparıcı çağrı mərkəzidir. IT şirkətləri, pərakəndə satış, turizm və səhiyyə sahəsində fəaliyyət göstərən şirkətlər bizi seçir. Biz müştərilərlə ünsiyyəti biznesin böyüməsi və müştəri loyallığının artırılması üçün effektiv alətə çeviririk. Ətraflı məlumat üçün *1115.

Bizə etibar edənlər:
və daha 500+ müştəri bizi seçib

Haqqımızda

Wilstream beynəlxalq autsorsinq çağrı mərkəzidir, MDB ölkələrində uğurla fəaliyyət göstərir və indi Azərbaycanda da təmsil olunur.

Biz yerli şirkətlərdən tutmuş böyük brendlərə qədər hər ölçüdə biznes üçün effektiv həllər təqdim edirik. Müasir infrastruktur, güclü komanda və müştəriyönümlü yanaşmamız sayəsində müxtəlif sahələr üçün etibarlı tərəfdaşıq.

20 il çağrı mərkəzlərinin autsorsinqi sahəsində təcrübə
500+ məmnun müştəri bütün MDB məkanı və onun sərhədlərindən kənarda
4 filial müxtəlif şəhərlərdə
2300+ təcrübəli operator

Wilstream ilə əməkdaşlığın üstünlükləri

Şəffaflıq və Nəzarət

Tam hesabatlıq və hər zəngə çıxış imkanı. Siz həmişə komandanızın necə işlədiyini bilirsiniz.

Fərdi Yanaşma

Biz biznesinizin ehtiyaclarına uyğun həllər hazırlayırıq, onları miqyaslandırmaq və sizin proseslərinizə uyğunlaşdırmaq mümkündür.

Müasir Texnologiyalar

Müştərilərə davamlı və yüksək keyfiyyətli xidmət göstərmək üçün Oktell platformasından, öz IT-həllərimizdən və çoxkanallı yanaşmadan istifadə edirik.

Təcrübə və Ekspertiza

Fərqli sahələrdə 20+ ildən çox iş təcrübəsi və 2300 təlim keçmiş mütəxəssis — biz hər ölçüdə biznesin ehtiyaclarına uyğun komandaları sürətlə formalaşdırırıq.

Müştəri Rəyləri

Wilstream operativ zəng kampaniyası təşkil etdi və müştəriləri bizim konqresdə iştirak etməyin zəruriliyinə inandırdı. Onların peşəkarlığı və detallara diqqəti tədbiri uğurlu etdi.

Dental Guru

Wilstream 3 ildir davam edən əməkdaşlıq dövründə 24/7 dəstək və yüksək keyfiyyətdə xidmət göstərən etibarlı tərəfdaş kimi özünü təsdiq edib.

iTicket

Wilstream müştəriyönümlülüyünü və çevikliyini təsdiq edib, vəzifələrini keyfiyyətlə və vaxtında yerinə yetirib. Komandanın yüksək peşəkarlığı və təşkilatçılığı onları etibarlı tərəfdaş edir.

Kuehne + Nagel

Wilstream komandası regionumuzun xüsusyyətlərinə dərindən nüfuz edib və bankın nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Davamlı dəstəyə və peşəkarlığa görə, təşəkkür edirik.

Eximbank

Wilstream komandası yüksək peşəkarlıq, etibarlılıq və konstruktiv qarşılıqlı əməkdaşlığa hazırlıq nümayiş etdirib. Birgə iş böyük uğurlar gətirib və biz bu əməkdaşlığı yüksək qiymətləndiririk.

VFS Global

Wilstream dürüstlük, peşəkarlıq və operativlik nümayiş etdirib. Onların sayəsində biz böyük həcmdə zəngləri çevik şəkildə emal edirik. Müştərilərin bizimlə keyfiyyətli əks əlaqə yaratmasına nail oluruq.

Cargis

Wilstream komandası yüksək xidməti, operativliyi və peşəkar yanaşmaları ilə seçilir. Onların işi sayəsində müştəri məmnuniyyəti əhəmiyyətli dərəcədə artıb.

Bulud Telecom

Wilstream komandasının peşəkarlığı və çevikliyi bizim müştəri xidmətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırdı, brendə inamı möhkəmləndirdi. Uğurlu əməkdaşlığımızın davam edəcəyinə əminik.

Aviasales

Wilstream proseslərin keyfiyyətli təşkilini, SLA-ya dəqiq riayət olunmasını və operatorların yüksək peşəkarlığını təmin edir. Müştəriyönümlülük, fərdi yanaşma yüksək səviyyədədir.

JamilCo

Wilstream-in yüksək peşəkarlığı, detallara diqqəti və operativliyi qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlməyə imkan verdi. Onların dəstəyini yüksək qiymətləndirir və əməkdaşlığın davam edəcəyinə ümid edirik.

Kärcher

Biz Wilstream-in operativliyini, həssaslığını və uzunmüddətli əməkdaşlığa yönəlik səylərini yüksək qiymətləndiririk. Belə bir şirkətlə işləmək bizim üçün şərəfdir.

FlexNet

Yanaşmamız

1
Müqavilənin imzalanması
1-2 gün
2
Danışıq ssenarisinin hazırlanması və razılaşdırılması
2-3 gün
3
Hesabatlıq strukturunun və qrafikinin formalaşdırılması
1 gün
4
Operatorların təlimi və test edilməsi
2-3 gün
5
Pilot buraxılış və düzəlişlər
1-2 gün
6
Layihənin tammiqyaslı işə salınması
1 gün

Xəbərlər

Beynəlxalq çağrı Mərkəzi xidməti artıq Bakıda

Qlobal statistik məlumatlara görə, zəif müştəri xidməti səbəbindən müəssisələr hər il təxminən 75 milyard dollar itirirlər.

Ətraflı

Wilstream iTicket-ə zəng emalı xidmətləri təqdim edir

Wilstream komandası iTicket üçün gələn və gedən zənglərin emalı xidmətlərini təqdim edir. Xidməti qurmaq üçün iTicket müştəriləri üçün bu nömrəyə pulsuz zəng edən qısa kod (XXX formatı) inteqrasiya edilib. Bu layihə üçün bütün daxil olan zəngləri idarə etməyə hazır olan xüsusi təlim keçmiş operatorlar komandası yaradılmışdır. İxtisaslaşdırılmış proqram təminatından istifadə etməklə operatorlar rezervasiya məlumatlarını ortaq verilənlər bazasına daxil edir və iTicket işçilərinə hesabatlar göndərirlər. Operatorların fəaliyyəti mütəmadi olaraq yoxlanılır və keyfiyyətə nəzarət olunur.

Ətraflı

Autsorsinq çağrı mərkəzi nədir?

Yüksək rəqabətli əmtəə və xidmət bazarında xidmət keyfiyyətinin artırılması üçün bütün imkanların nəzərə alınması vacibdir. Müasir çağrı mərkəzləri şirkətlərə bu xidməti ən yüksək səviyyədə göstərmək imkanı yaradır. Hətta şirkətdə kifayət qədər təcrübəli mütəxəssislər olmasa belə, çağrı mərkəzi vasitəsilə müştərilərlə effektiv ünsiyyət qurmaq mümkündür. Bunun ən səmərəli yollarından biri autsorsinq çağrı mərkəzinin xidmətlərindən istifadədir.

Ətraflı

Əlaqələr qurmaq sənəti. Wilstream-in təsisçisi Aydın Orucovla müsahibə.

Wilstream-in uğur hekayəsi 2002-ci ildə Aydın Orucov xarici investisiyalar olmadan Moskvada Rusiya və MDB ilə bağlı ilk yüksək səviyyəli autsorsinq çağrı mərkəzlərindən biri olan Wilstream şirkətinin fəaliyyətini təşkil edib. Şirkət yarandığı vaxt cəmi 12 əməkdaşa malik idi. Sonrakı 20 il ərzində iki qlobal perspektivdən və pandemiyadan uğurla adladan Wilstream 200 dəfə böyüyərək bazarın lider potensialına çevrilib. Hazırda Moskva və Nijni Novqorod şəhərində 5 ofisində 1500 iş yeri və 230-dən çox əməkdaş fəaliyyət göstərir. 2020-ci ildə Bakıda 370 yerlik beynəlxalq filialını açan Wilstream inkişafını regiondan kənara da çıxarıb. Niyə autsorsinq çağrı mərkəzlərinə bu qədər tələbat var və onlar biznesə necə kömək edir? Bu suallara Wilstream-in təsisçisi Aydın Orucov cavab verir.

Ətraflı

Wilstream çağrı mərkəzi və Aviasales əməkdaşlığa başlayıblar

Wilstream və Aviasales əməkdaşlığa başladı Wilstream böyük məmnuniyyətlə bildirir ki, aviabiletlər və digər turistik xidmətlər üzrə dünyanın aparıcı onlayn axtarış sistemlərindən biri olan Aviasales ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində Wilstream çağrı mərkəzi, Aviasales istifadəçilərinə texniki dəstək göstərərək aviabilet axtarışı zamanı yarana biləcək sualların cavablandırılmasında və problemlərin həllində müştərilərə kömək edəcək.

Ətraflı

Tez-tez verilən suallar

Çağrı mərkəzi autsorsinqi nədir və bu, nə üçün sərfəlidir?
Niyə çağrı mərkəzi ilə əməkdaşlıq öz komandanızı yaratmaqdan daha səmərəlidir?
Müştərilərimizin məlumatları nə dərəcədə təhlükəsizdir?
Operatorlar bizim məhsulumuzla tanış deyillər. Onlar müştərilərə necə məsləhət verəcəklər?
Zənglərin sayı çoxaldıqda və ya azaldıqda nə etmək olar?